Bank Of Baku

Tərtər və Yevlaxda Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı tədbirlər keçirilib

Tərtər və Yevlaxda Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı tədbirlər keçirilib
# 10 may 2007 10:25 (UTC +04:00)
Tərtərdə Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayon ictimaiyyəti nümayəndələrinin, idarə və müəssisələrin təmsilçilərinin qatıldığı tədbir Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə əklil qoyulması ilə başlayıb. Daha sonra isə anım mərasimi rayon Mədəniyyət Evində elmi-praktik konfrans şəklində davam etdirilib.
Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü Yevlax şəhərində də qeyd olunub. APA-nın Qarabağ bürosunun məlumatına görə, mərhum prezidentin şəhər mərkəzindəki abidəsi ziyarət olunduqdan sonra YAP-ın Yevlax təşkilatının qərargahında elmi-praktik konfrans keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR