Bank Of Baku

Gürcüstan parlamentinin üzvləri Heydər Əliyev Fondunda olublar

Gürcüstan parlamentinin üzvləri Heydər Əliyev Fondunda olublar
# 10 may 2007 12:19 (UTC +04:00)
Heydər Əliyevin ad günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün dünən Bakıya gəlmiş Gürcüstan parlamentinin üzvləri bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvü Qənirə Paşayevanın APA-ya verdiyi məlumata görə, Gürcüstanın regionlarını təmsil edən şəxslərin də daxil olduğu təxminən 30 nəfərlik qrup, o cümlədən 17 millət vəkili Heydər Əliyev Fondunda olub, qonaqlara fondun məqsədi, missiyası, həyata keçirdiyi ideyalar haqqında məlumat verilib. Sabah gürcüstanlı parlamentarilər Milli Məclisin rəhbərliyi və Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək, ikitərəfli münasibətləri müzakirə edəcəklər. Nümayəndə heyəti sabah Tiflisə qayıdacaq və bu şəhərdə mayın 12-də Heydər Əliyevin büstünün açılış mərasimində iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR