Bank Of Baku

ADP Nizamnaməsinə bir sıra dəyişikliklər nəzərdə tutulur

ADP Nizamnaməsinə bir sıra dəyişikliklər nəzərdə tutulur
# 10 may 2007 13:05 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti qurultayına hazırlıq məqsədi ilə partiyanın 67 rayon təşkilatından 60-da konfrans keçirmək mümkün olub. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, digər rayon təşkilatları Nizamnamə pozuntularına yol verdikləri üçün onlar buraxılıb və yeni təşəbbüs qrupları yaradılıb. H.Rüstəmov 60 rayon təşkilatından 300 qurultay nümayəndəsinin seçildiyini bildirib. Sədr müavini qurultayda partiya Nizamnaməsinə bir sıra dəyişikliklərin nəzərdə tutulduğunu da qeyd edib. Onun sözlərinə görə, ADP-nin ötən qurultayında Nizamnaməyə edilmiş dəyişikliklərə Ədliyyə Nazirliyi irad tutduğundan, bu dəfə həmin müddəalara yenidən dəyişiklik olacaq. Həmin dəyişikliklər isə əsasən Rəyasət Heyətinin səlahiyyətləri və Ali Məclislə bağlıdır. Bundan əlavə H. Rüstəmov Nizamnamənin bəzi müddəalarında olan boşluqların da aradan qaldırılacağını bildirib. Qeyd edək ki, ADP növbəti qurultayını mayın 27-nə təyin edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR