Bank Of Baku

Azərbaycan və Dağıstanın sərhədyanı bölgələrinin əhalisinin gediş-gəlişini asanlaşdırmaq üçün tədbirlər görüləcək

Azərbaycan və Dağıstanın sərhədyanı bölgələrinin əhalisinin gediş-gəlişini asanlaşdırmaq üçün tədbirlər görüləcək
# 10 may 2007 13:40 (UTC +04:00)
“Azərbaycan və Dağıstan prezidentləri İlham Əliyevlə Muxu Əliyev arasında aprelin 30-da Bakıda keçirilən görüş mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir”. APA-nın şimal bürosunun məlumatına görə, bu sözləri Heydər Əliyevin doğum günü tədbirlərində iştirak etmək üçün Xaçmaza gələn Dağıstan nümayəndə heyətinin başçısı, Dağıstan Respublikasının milli siyasət, informasiya və xarici əlaqələr naziri Eduard Urazayev deyib. E. Urazayev bildirib ki, tərəflər arasında iqtisadi münasibətləri daha yüksək səviyyəyə çatdırmaq üçün birgə layihələr hazırlanacaq: “Sərhədyanı bölgələrin əhalisinin gediş-gəlişini asanlaşdırmaq üçün də müəyyən tədbirlər görüləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR