Bank Of Baku

Əfşar Süleymani: “İranın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarda qalması düzgün deyil”

Əfşar Süleymani: “İranın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarda qalması düzgün deyil”
# 10 may 2007 14:07 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq müstəviyə çıxarılıb. Amma özünü demokratiyanın və ədalətin carçısı hesab edən heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün Ermənistanla müharibə etməyəcək”. Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, İran Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri üzrə baş eksperti Əfşar Süleymani deyib. Diplomat bildirib ki, münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupu problemin aradan qaldırılması üçün bu günə qədər heç nə etməyib. Ə. Süleymani İranın münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesindən kənarda qalmasının düzgün olmadığını da qeyd edib: “İran Azərbaycanın ən yaxın qonşusudur. Amma İranın burada iştirakına imkan verilmir. ABŞ isə başqa qitədən gəlib buradakı proseslərə müdaxilə edir. Hətta ABŞ-ın rəsmi nümayəndələri Azərbaycanda İranın əleyhinə açıqlamalar verir və Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşırlar. İran isə münaqişənin ilk günündən Azərbaycanı dəstəkləyib, bacardığı qədər təmənnasız yardım edib. Təəssüf edirəm ki, İranın əməyi itirilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR