Bank Of Baku

“Azərbaycan Yolu” Siyasi Hərəkatı mayın 12-nə təyin etdiyi mitinqlə bağlı mətbuat konfransı keçirib

“Azərbaycan Yolu” Siyasi Hərəkatı mayın 12-nə təyin etdiyi mitinqlə bağlı mətbuat konfransı keçirib
# 10 may 2007 14:20 (UTC +04:00)
“Azərbaycan Yolu” Siyasi Hərəkatının (AYSH) qiymət artımına etiraz olaraq mayın 12-də Bakıda keçirəcəyi mitinqin Təşkilat Komitəsi mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, AYSH sədri İlqar Qasımov 12 may mitinqi ilə bağlı hazırlıqların yekunlaşdığını söyləyib. O, mitinqin əsas şüarının Qarabağ və qiymət artımlarına etirazla bağlı olacağını bildirib. Mitinqə Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) və “Bizim Azərbaycan” Blokunun da qatılacağını da vurğulayan İ. Qasımov bu məsələdə müxalifətin birliyinə ehtiyac olduğunu qeyd edib: “Qiymət artımı ilə əlaqədar digər müxalifət partiyaları da aksiya keçirir. Bu, həmin partiyaların daxili işi olsa da, müxalifət bu kimi məsələlərdə birlik nümayiş etdirməlidir”. AMDP sədri İsgəndər Həmidov isə Müsavat Partiyasının öz mitinqinin vaxtında dəyişiklik etməsini anlaşılmaz hesab etdiyini deyib: “Bunun 12 may mitinqinə qarşı düşünülmüş akt olmasını istisna etmirəm”. ALDP sədri Valeh İbadov müxalifətin yeni birliyinin yarandığını diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR