Bank Of Baku

Qax və Balakəndə Heydər Əliyevin doğum günü qeyd olunub

Qax və Balakəndə Heydər Əliyevin doğum günü qeyd olunub
# 10 may 2007 14:20 (UTC +04:00)
Bu gün Qax rayonunda Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü qeyd olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Tədbir rayon ictimaiyyətinin, idarə və təşkilat nümayəndələrinin Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək qoymaqla başlayıb. Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər H. Əliyevin Azərbaycan üçün gördüyü işlərdən söz açıblar. Bundan başqa, Qaxda H. Əliyevin anadan olmasına 84-cü il dönümünə həsr olunmuş şahmat turniri keçirilib və qaliblər fəxri fərmanla mükafatlandırılıb. Qaxda yeni tikilən Pivə Zavodunun da açılış mərasimi keçirilib. Tədbirdə RİH aparatının, müvafiq idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Qax rayon sakini Nəsimi Məmmədovun şəxsi vəsaiti hesabına inşa edilən zavodun tikintisinə ötən ilin sonunda başlanılıb. Zavod gün ərzində 12 ton pivə istehsal etmək gücünə malikdir.
Bu gün Balakəndə də Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü qeyd olunub. Balakən RİH-dən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “Heydər bağı”nda H. Əliyevin büstü önünə əklil və gül-çiçək qoymaqla başlayan tədbirdə rayon ictimaiyyətinin, idarə və təşkilat nümayəndələrinin iştirak edib. H. Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş tədbirdə rayonun 500 nəfər gənci 3 kilometr məsafəyə yürüş edib. Yürüşün qaliblərinə RİH və rayon Gənclər və İdman idarəsi adından mükafatlar təqdim olunub. Tədbirin rəsmi hissəsində RİH başçısı Asif Əsgərov H. Əliyevin ölkəmizin müstəqilliyi uğrunda fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR