Bank Of Baku

VHP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bölgə müşavirələri keçirib

VHP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bölgə müşavirələri keçirib
# 10 may 2007 14:50 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bölgə müşavirələrinin keçirilməsinə başlayıb. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 5-də Goranboy, Samux, Xanlar və Gəncə şəhər təşkilatlarının, mayın 6-da Göyçay və Ağsu, mayın 9-da isə Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayon təşkilatlarının məclis üzvlərinin iştirakı ilə bölgə müşavirələri keçirilib. Müşavirələrdə rayon təşkilatlarının hesabat-seçki konfranslarının keçirilmə tarixi dəqiqləşdirilib. Bölgələrdəki sosial-iqtisadi vəziyyət, enerji daşıyıcılarının qiymətlərinin artırılmasından sonra yaşayış səviyyəsinin kəskin surətdə pisləşməsi rayon təşkilatlarını narahat edən məsələlər kimi vurğulanıb. VHP-nin 4-cü qurultayından sonra sosial yönümlü etirazların təşkili müzakirə mövzusu olub. Qeyd edək ki, 2007-ci il sentyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyasının yaranmasının 15-ci ildönümüdür və qurultayın həmin ərəfədə keçirilməsi də nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR