Bank Of Baku

Azərbaycan, Polşa, Ukrayna, Gürcüstan və Litva prezidentlərinin Krakovda keçiriləcək enerji sammitində rəsmi sənəd imzalanmayacaq

Azərbaycan, Polşa, Ukrayna, Gürcüstan və Litva prezidentlərinin Krakovda keçiriləcək enerji sammitində rəsmi sənəd imzalanmayacaq
# 10 may 2007 14:51 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev APA-ya bildirib ki, artıq Azərbaycan, Ukrayna, Gürcüstan və Litva prezidentləri tədbirdə iştiraklarını təsdiq ediblər, Qazaxıstanı isə sammitdə energetika nazirinin müavini təmsil edəcək. Prezidentlərin ilk toplantısı sabah orta əsrlərdə Polşa krallarının qəsri olan Vavel qəsrində keçiriləcək. Mayın 12-də isə sammit Avropada ikinci universitet sayılan Yagellon Universitetində təşkil olunacaq. Sammitdə rəsmi sənəd imzalanması nəzərdə tutulmayıb: “Polşa tərəfi görüşün yekunlarına dair kommunikenin qəbul olunmasını təklif edib. Bu məsələ hələlik müzakirə olunur”.
Diplomatın sözlərinə görə, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin ikitərəfli görüşləri də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR