Bank Of Baku

Buxarestdə Heydər Əliyevin doğum günü qeyd olunub

Buxarestdə Heydər Əliyevin doğum günü qeyd olunub
# 10 may 2007 16:26 (UTC +04:00)
Heydər Əliyevin doğum günü münasibətilə bu gün Buxarest şəhərinin Heydər Əliyev Xiyabanı - Tey parkında ucaldılmış büstü ziyarət edilib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində davam etdirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasət, ölkədə ictimai-siyasi sabitliyə nail olunması, qanunçuluğa təminat verən vətəndaş cəmiyyətinin formalaşdırılması üçün göstərdiyi fəaliyyətdən söz açıblar. Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov tədbir iştirakçılarına minnətdarlığını bildirərək, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, yüksək idarəçilik keyfiyyətləri, siyasi iradəsi və dövlətçilik təcrübəsi sayəsində xalqımızın çətin sınaq dövründən çıxdığını diqqətə çatdırıb. E. Həsənov Milli Məclisin mayın 8-də keçirilmiş iclasında “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin təsdiq olunması, bunun 9000 nəfərə yaxın şəxsə şamil olunacağı və təxminən 1500 nəfərin cəzaçəkmə yerlərindən azad ediləcəyi barədə tədbir iştirakçılarına məlumat verib. “Paul Polidor” adına Mədəniyyət Fondu tərəfindən Buxarest Gənclər Sarayında keçirilmiş tədbirdə isə son illərdə fond tərəfindən buraxılmış və Heydər Əliyevə həsr olunmuş kitabların nüsxələri və kompakt disklər iştirakçılara paylanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR