Bank Of Baku

Yaap De Hoop Sxeffer: “ NATO Azərbaycandakı Qəbələ RLS-dən Rusiyanın ABŞ-la birgə istifadə etməsi ilə bağlı müzakirələr aparıb”

Yaap De Hoop Sxeffer: “ NATO Azərbaycandakı Qəbələ RLS-dən Rusiyanın ABŞ-la birgə istifadə etməsi ilə bağlı müzakirələr aparıb”
# 15 iyun 2007 13:29 (UTC +04:00)
Sxeffer ilk dəfə görüşdüyü Rusiya müdafiə naziri Anatoli Serdukovun danışıqlarda konstruktiv mövqe nümayiş etdirdiyini deyib: “ Danışıqlkarımızda nəticə əldə olunmasa da, görüşümüz səmərəli oldu. Bütün NATO ölkələrinin müdafiə nazirləri Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdırlar. Nüvə ilə bağlı məsələlərdə NATO üzvləri həmfikirdilər. Qərara alındı ki, sentyabrda Ağdənizdə keçirləcək NATO təlimlərinə Rusiyanın da qatılacaq. Əfqanıstanda da daha aktiv olmağımız üçün Rusya ilə əməkdaşlıq edəcəyik”. NATO baş katibi müdafiə nazirlərinin görüşündə Azərbaycandakı Qəbələ RLS-dən Rusiyanın ABŞ-la birgə istifadə etməsi ilə bağlı müzakirələrin də aparıldığını deyib: “Azərbaycanla bağlı məsələni Amerika və Rusiyanın mütəxəssisləri birgə araşdıracaqlar. Bu araşdırmalar nəticəsində ortaya çıxacaq texniki göstəricilər də dəyərləndiriləcək. Çünki bu, strateji və siyasi olduğu qədər də texniki bir məsələdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR