Bank Of Baku

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclasında Ermənistanla əməkdaşlıq etməyəcəyini bir daha bəyan edib

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclasında Ermənistanla əməkdaşlıq etməyəcəyini bir daha bəyan edib
# 15 iyun 2007 14:29 (UTC +04:00)
Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QİƏT PA) iclasında Ermənistanla əməkdaşlıq etməyəcəyini bir daha bəyan edib. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, bunu Bolqarıstanın Varna şəhərində keçirilən QİƏT PA-nın iclasında Azərbaycan nümayəndə heyətinin təmsilçisi, millət vəkili Asəf Hacıyev bəyan edib: “Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmayana qədər biz bu ölkənin regional inkişaf layihələrindən kənarda qalmasına üstünlük verəcəyik”. Rumıniya və Bolqarıstan mətbuatı bununla əlaqədar qeyd edirlər ki, digər QİƏT ölkələrinin Qara dəniz bölgəsindəki dondurulmuş münaqişələr mövzusunun üzərindən sükutla keçmələrinə baxmayaraq Varna toplantısında bir daha aydın olub ki, başda Dnestryanı və Dağlıq Qarabağ münaqişələri olmaqla bu kimi problemlərin indiyə qədər həllini tapmaması mövcud layihələrin həyata keçirilməsinə və regionun gerçək inkişafına imkan verməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR