Bank Of Baku

Bu il iyunun 18-19-da Bakıda GUAM-ın sammiti keçiriləcək

Bu il iyunun 18-19-da Bakıda GUAM-ın sammiti keçiriləcək
# 16 iyun 2007 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, sammit çərçivəsində iyunun 18-də GUAM ölkələrinin iqtisadi strukturlarının - enerji, rabitə, nəqliyyat, gömrük orqanlarının rəhbərlərinin görüşləri keçiriləcək. Həmçinin, quruma daxil olan ölkələrin hüquq-mühafizə orqanlarının başçılarının, milli təhlükəsizlik, daxili işlər, fövqəladə hallar, baş prokurorlar, sərhəd xidmətləri rəhbərlərinin də toplantıları keçiriləcək. Bazar ertəsi GUAM ölkələrinin humanitar strukturlarının, yəni təhsil, mədəniyyət, turizm, gənclər və idman, həmçinin Elmlər Akademiyaları rəhbərləri də görüşəcəklər. İyunun 18-də GUAM-ın işgüzar şurası da toplaşacaq.
Həmin gün günün ikinci yarısında qurumun xarici işlər nazirlərinin görüşü olacaq. Bunun ardınca isə GUAM ölkələrin XİN başçıları ABŞ və Yaponiyanın nümayəndələri ilə qurumla əməkdaşlıq perspektivlərinə dair danışıqlar aparacaqlar. Günün ikinci yarısında həmçinin GUAM ölkələri rəhbərlərinin Bakıda təkbətək görüşləri də nəzərdə tutulub.
Çərşənbə axşamı isə GUAM-ın əsas sammiti və sənədlərin imzalanma mərasimi keçiriləcək. /АPА/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR