Bank Of Baku

Ucar və Göyçay rayonlarında Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib

Ucar və Göyçay rayonlarında Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib
# 16 iyun 2007 09:18 (UTC +04:00)
İyunun 15-də Ucar rayonunda Qurtuluş Günü qeyd olunub. APA-nın Mərkəzi Aran bürosunun məlumata görə, tədbir Ucar rayon İcra Hakimiyyətinin başçısı Arzu Qafarovun və rayon rəhbərliyinin Heydər Əliyevin abidəsi önünə əklil qoyması ilə başlanılıb. Daha sonra Heydər Əliyev Parkında konsert proqramı təşkil olunub.
15 iyun-Qurtuluş Günü Göyçay rayonunda da qeyd olunub. Bu barədə APA-nın Mərkəzi Aran bürosuna Göyçay rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin rəisi Eldəniz Məmmədov məlumat verib. Rayon icra başçısı Mübariz Ağayev və rayon rəhbərliyi Heydər Əliyevin abidəsi önünə əklil qoyması ilə başlanan bayram tədbiri konsert proqram ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR