Bank Of Baku

GUAM-a üzv olan dövlətlərin sərhəd qurumları rəhbərlərinin görüşü keçirilib

GUAM-a üzv olan dövlətlərin sərhəd qurumları rəhbərlərinin görüşü keçirilib
# 16 iyun 2007 11:05 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə GUAM-a üzv dövlətlərin sərhəd qurumları arasında gələcək əməkdaşlığın istiqamətləri, əldə olunan razılaşmaların həyata keçirilməsi sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev sərhəd xidmətləri arasında mövcud nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, silah və narkotik maddələrin qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya və digər cinayətlərlə mübarizə üzrə səylərin birləşdirilməsinin əhəmiyyətindən danışıb. O, məlumat mübadiləsi sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Sonra görüş mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib. Yekunda isə tərəflər arasında görüşün protokolu və sərhəd xidmətlərinin 2008-ci il üçün fəaliyyət planı imzalanıb. Görüşdə GÜAM üzv dövlətlərin sərhəd xidmətlərinin əməkdaşlığına həsr olunan “Demokratiya və iqtisadi inkişafın keşiyində” adlı sənədli filmin təqdimatı da keçirilib./APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR