Bank Of Baku

Azərbaycan nümayəndəsi Avropa Şurasının Ekspert Komitəsinin sədri vəzifəsinə seçilib

Azərbaycan nümayəndəsi Avropa Şurasının Ekspert Komitəsinin sədri vəzifəsinə seçilib
# 16 iyun 2007 09:52 (UTC +04:00)
İyunun 12-15-də Fransanın Strasburq şəhərində Avropa Şurasının Kişilər və qadınlar arasında bərabərlik üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanı gender məsələləri üzrə mütəxəssis Mömunət Ömərova təmsil edib. İclasda təşkilatın müvafiq sahə üzrə fəaliyyət sahələrinə aid sənədlər nəzərdən keçirilib, komitə çərçivəsində qarşıdan gələn dövr üçün əməkdaşlığın başlıca istiqamətləri müzakirə edilib. Toplantıda Rəhbər Komitənin sədri vəzifəsinə seçkilər keçirilib, Azərbaycanlı mütəxəssis M. Ömərova yekdilliklə bu vəzifəyə seçilib. İclasda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik üzrə məsul Nazirlər Konfransının 2010-cu ildə Bakıda keçirilməsi barədə qərar da qəbul edilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR