Bank Of Baku

GUAM sammiti günlərində Bakının bəzi küçə və yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq

GUAM  sammiti günlərində Bakının bəzi küçə və yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq
# 16 iyun 2007 10:24 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, GÜAM dövlət başçılarının sammitində iştirak edən qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakının Aeroport yolu, Azərbaycan, Neftçilər, İzmir, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Tbilisi prospektlərində, Azneft meydanında, Mehdi Hüseyn, Lermontov, İstiqlaliyyət, Rəsul Rza, Hüsü Hacıyev, Nizami, Əziz Əliyev, 10cu park, T. Elçin, Niyazi küçələrində avtomobillərdən mümkün qədər az istifadə ediləcək. Qeyd edilən ərazilərdə avtomobillərin saxlanılmasına imkan verilməyəcək. Eyni zamanda Prezident Aparatı, Yaşıl Teatr, Gülüstan Sarayı, “Excelsior”, “Yaxt Klub”, “Park-İnn”, İSR Plaza, Hyatt-Park, Hyatt Regency, Avropa otelləri istiqamətində və digər tədbirlərin keçirildiyi ərazilərdə, onlara bitişik küçə, yollarda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən və avtomobil vasitələrinin sahiblərindən qeyd olunanlar ərazilərdə hərəkət edərkən, bu xəbərdarlığı nəzərə almalarını xahiş edir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR