Bank Of Baku

Metyu Brayza: “ABŞ Rusiyanın Nabucco layihəsində iştirakının əleyhinə deyil”

Metyu Brayza: “ABŞ Rusiyanın Nabucco layihəsində iştirakının əleyhinə deyil”
# 16 iyun 2007 10:48 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları Rusiyanın Nabucco layihəsində kommersiya şərtləri əsasında iştirakının əleyhinə deyil. APA-nin Röyter agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Brayza bildirib. “Əgər bizim Avropadakı partnyorlarımız özlərini təhlükəsiz hiss edəcəklərsə və Rusiya ilə kommersiya baxımından əlverişli müqavilə razılaşdıra biləcəklərsə. bu çox yaxşı fikirdir”: “Biz istəyirik ki, layıhə iştirakçıları Russiya ilə yaxşı münasibətlər saxlasınlar”. Qeyd edək ki, NABUCCO layihəsinin uzunluğu dörd min kilometrdir, bu layihə Orta Asiya və Xəzər dənizinin qaz ehtiyatlarını Azərbaycan, Gürcüstan, Türkiyə, Bolgarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən Avropaya təchiz olunacaq. Qaz kəmərinin işə salınması 2011-ci ildə nəzərdə tutulub. Layihə beş milliard avro dəyərində qiymətləndirilir. NABUCCO layihəsi üzərində Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin Botas, Bolgarıstanın Bulgargaz və Rumıniyanın Transgaz şirkətləri işləyirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR