Bank Of Baku

Makedoniyada Türk Dünyası Gənclər Qurultayı keçiriləcək

Makedoniyada Türk Dünyası Gənclər Qurultayı keçiriləcək
# 16 iyun 2007 11:39 (UTC +04:00)
Makedoniyada Türk Dünyası Gənclər Qurultayı keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, ənənəvi Türk Dünyası Gənclik Günləri və Qurultayı bu ilin avqust ayında Makedoniyanın Ohrid şəhərində baş tutacaq. Artıq 13-cü dəfədir ki, təşkil edilən qurultayın ev sahibliyini Makedoniya Türk Demokratik Partiyasının Gənclər Forumu olacaq. Bir həftə davam edəcək qurultayda türk dünyasının müxtəlif bölgələrindən gələcək 43 təşkilatdan 200 təmsilçi iştirak edəcək. Türkiyədə fəaliyyət göstərən Türk Ocaqları təşkilatı tərəfindən keçirilən tədbirin hazırlıq prosesinin tamamlamaq məqsədilə bu qurumun baş katibi Orxan Pamukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Skopyedə olub. MTDP-nin Gənclər Forumunun sədri Enes İbrahim artıq Makedoniyanın namizədliyinin dəqiqləşdirildiyini qeyd edərək hadisənin böyük önəm daşıdığını bildirib. Son hesablamalara görə Makedoniyanın 2 milyonluq əhalisinin 80 min nəfərini etnik türklər təmsil edir və bu etnik azlıq ölkə parlamentində iki deputatla təmsil edilir. Qeyd edək ki, Türk Ocaqları 1912-ci ildə qurulub və 1992-ci ildən bəri Türkiyə, Şimali Kipr, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Çuvaşiya və Tatarıstanda Türk Dünyası qurultayları təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR