Bank Of Baku

Robert Simmons: “Ermənistan və Azərbaycan rəhbərlikləri öz xalqlarını Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı güzəştlərlə həllinə hazırlamalıdır”

Robert Simmons: “Ermənistan və Azərbaycan rəhbərlikləri öz xalqlarını Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı güzəştlərlə həllinə hazırlamalıdır”
# 22 iyun 2007 08:56 (UTC +04:00)
“Ermənistan və Azərbaycan rəhbərlikləri öz xalqlarını Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı güzəştlərlə dinc yolla həllinə hazırlamalıdır”. APA-nın erməni mənbələrinə istinadən yaydığı məlumata görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Ermənistan parlamentinin sədri Tiqran Torosyanla görüşündə deyib. R. Simmons bildirib ki, NATO münaqişənin həllində iştirak etməsə də, həll prosesini, ümumilikdə regional problemləri diqqətlə izləyir. T. Torosyan isə Azərbaycanda Ermənistana qarşı nifrətin hər gün artmasından və müharibə təbliğatı aparılmasından şikayətlənib. O, Ermənistanda heç vaxt bu cür təbliğat aparılmadığını iddia edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR