Bank Of Baku

Latviya parlamentinin spikeri İnqrid Udre və müdafiə naziri Atis Slakteris Azərbaycana səfər edəcəklər

Latviya parlamentinin spikeri İnqrid Udre və müdafiə naziri Atis Slakteris Azərbaycana səfər edəcəklər
# 22 iyun 2007 09:46 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarov məlumat verib. Onun sözlərinə görə, hazırda tərəflər səfər proqramını dəqiqləşdirməklə məşğuldur. Qeyd edək ki, Azərbaycanla Latviya parlamentləri arasında Avropa Şurası Parlament Assambleyası çərçivəsində əməkdaşlıq etmək haqqında saziş imzalanıb. Bundan başqa Latviya parlamentində Azərbaycanla dostluq qrupu təsis olunub. Qrupa hər iki ölkənin parlamentindən 37 deputat daxildir. Tofiq Zülfüqarov bu il Latviyanın müdafiə naziri Atis Slakterisin də Azərbaycana səfəri planlaşdırılır. Səfərin dəqiq tarixi müəyyənləşməsə də, Atis Slakterisin ölkəmizə bu il gələcəyi yəqindir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR