Bank Of Baku

“Cənubi Qafqazda tolerantlıq məsələləri: Azərbaycan, gürcü və yəhudi xalqlarının qardaşlıq əlaqələrinin timsalında” mövzusunda dəyirmi masa keçirilib

“Cənubi Qafqazda tolerantlıq məsələləri: Azərbaycan, gürcü və  yəhudi  xalqlarının qardaşlıq əlaqələrinin timsalında” mövzusunda dəyirmi masa keçirilib
# 22 iyun 2007 10:27 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Cənubi Qafqazda tolerantlıq məsələləri: Azərbaycan, gürcü və yəhudi xalqlarının qardaşlıq əlaqələrinin timsalında” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, iki sessiyalı dəyirmi masa AMEA İnsan Hüquqları İnstitutu və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə baş tutub. Tədbiri giriş sözü ilə institutun direktoru, professor Rövşən Mustafayev açaraq forumun əhəmiyyətini yüksək qiymətləndirib: “Ermənistanın yürütdüyü monoetnizm siyasəti, məkrli anti-Azərbaycan və anti-gürcü əhval-ruhiyyəsi, eləcə də bu siyasətin reallaşdırılması məqsədilə terrorçu qrupların yaradılması Cənubi Qafqazdakı müxtəlif mədəniyyətlərə xas ümumbəşəri dəyərlərin məhvinə yönəlmiş təhlükədir”. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Bakı bürosunun rəhbəri Vahid Bayramov dəyirmi masada iştirak edə bilməyən assosiasiyanın prezidenti, Knessetin deputatı İosif Şaqalın təbdir iştirakçılarına məktubunu oxuyub. Məktubda qeyd olunur ki, əsirlər boyu məhz Azərbaycanda həqiqi tolerantlıq, beynəlmiləlçilik ənənələri, xalqlar arasında qarşılıqlı münasibətlər formalaşıb və möhkəmlənib. Yəhudi tarixi üzrə ekspert Moisey Bekker, gürcü alimləri, professorlar Anzor Totaqze, Paata Davitaya, “Soxnut” yəhudi agentliyinin icraçı direktoru Lazar Sukerman və başqaları çıxış edərək Ermənistanın yürütdüyü işğalçılıq siyasətini pisləyiblər. Tədbirin sonunda qətnamə qəbul edilib. Qətnamədə Azərbaycan, Gürcüstan və İsrail arasında ümumi informasiya-humanitar məkanın formalaşdırılmasına xidmət edən konstruktiv ictimai-elmi əlaqələrin inkişafını dəstəkləmək, sülhün və sabitliyin bərqərar olması məqsədilə Cənubi Qafqaz və Yaxın Şərq xalqlarının İctimai Assambleyasının yaradılmasına dair təşəbbüs yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR