Bank Of Baku

AMİP “Azərbaycanda korrupsiya: mövcud reallıq və çıxış yolları” mövzusunda dəyirmi masa keçirib

AMİP “Azərbaycanda korrupsiya: mövcud reallıq və çıxış yolları” mövzusunda dəyirmi masa keçirib
# 22 iyun 2007 10:33 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) “Azərbaycanda korrupsiya: mövcud reallıq və çıxış yolları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, partiyanın mətbuat və təbliğat katibi Əli Orucov ölkədə korrupsiyanın həyatın bütün sahələrinə yayıldığını deyib. Korrupsiyanın qarşısının alınması üçün bir sıra qanunlar qəbul olunduğunu, prezident sərəncamları imzalandığını və müxtəlif qurumların yaradıldığını xatırladan partiya katibi bu istiqamətdə ciddi addımların atılmadığını bildirib. Ə. Orucov AMİP-in korrupsiyanın daha geniş yayıldığı sahələrlə bağlı əhali arasında sorğu keçirdiyini açıqlayıb. Sorğunun nəticələrinə görə, əhali ən korrupsiyalaşmış sahə kimi təhsil sahəsini göstərib. Daha sonra isə ardıcıl olaraq səhiyyə, torpaq sahələri ilə məşğul olan qurumlar, məhkəmə sistemi, gömrük, vergi, sosial təminat və hüquq-mühafizə orqanları gəlir. Dəyirmi masada Açıq Cəmiyyət, Sosial Demokrat, Demokratik İslahatlar partiyalarının nümayəndələri mövzu ilə bağlı fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR