Bank Of Baku

Müasir Müsavat Partiyası ATƏT-in Bakı ofisi qarşısında etiraz aksiyası keçirəcək

Müasir Müsavat Partiyası ATƏT-in Bakı ofisi qarşısında etiraz aksiyası keçirəcək
# 22 iyun 2007 11:11 (UTC +04:00)
Müasir Müsavat Partiyası (MMP) bu il iyunun 25-də ATƏT-in Bakı ofisi qarşısında etiraz aksiyası keçirəcək. MMP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyanın keçirilməsinə səbəb ATƏT-in fəaliyyətdə olan sədri Migel Anhel Moratinosun bir neçə partiya liderləri ilə görüşməsi olub. MMP-nin press-relizində ATƏT sədrinin Azərbaycanda siyasi partiyalara ikili standartlarla yanaşması, partiyalar arasında ayrı-seçkilik etməsi, həmçinin ATƏT-in Bakı ofisini rüşvət alıb görüşlər keçirilməsi ilə bağlı ciddi ittihamlar əksini tapıb. Partiya Bakı şəhər İcra Hakimiyyətinə aksiyaya icazə verilməsi ilə bağlı məktubla müraciət etsə də, meriya piketin keçirilməsinə icazə verməyib. Buna baxmayaraq, MMP piket keçirməkdə israrlı olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR