Bank Of Baku

“Azərbaycan dövlət qulluğunda islahatlar və səmələri idarəçilik” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan dövlət qulluğunda islahatlar və səmələri idarəçilik” mövzusunda  dəyirmi masa keçirilib
# 22 iyun 2007 17:22 (UTC +04:00)
APA-nın məlumatına görə, akademiyanın rektoru Seyfəddin Qəndilov bildirib ki, bu gün dövlət qulluğunun təşkili yeni prinsiplərə əsaslanır. Dövlət qulluğunun təşkili sahəsində islahatların aparılmasının asan proses olmadığını deyən S. Qəndilovun sözlərinə görə, dövlət qulluğunun islahatları sahəsində çox böyük uğur qazanan Dövlət Neft Fondu “Şəffaflığın, məsuliyyətin və fəal əks əlaqənin təkmilləşdirilməsi” kateqoriyası üzrə BMT-nin Dövlət Qulluğu üzrə mükafatına layiq görülüb. DNF Şərqi Avropa və MDB ölkələrinin hökumət strukturları arasında bu mükafata layiq görülmüş ilk hökumət qurumudur.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov isə deyib ki, 2006-cı ilin oktyabrından fəaliyyətə başlayan bu qurum səmərəli idarəçiliyi daim diqqət mərkəzində saxlayıb. Komissiya sədri qeyd edib ki, idarəçiliyin keyfiyyətli təşkili üçün insan resurslarına investisiya qoyulmalıdır: “Yeni metodları tətbiq etmək üçün insanlara investisiya qoyulmalıdır. İnsanlara qoyulmuş investisiya ən xeyirli investisiyadır. Bu, gələcəkdə Azərbaycana daha çox xeyir gətirəcək”. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycanda nümayəndəsi Envera Selimoviç isə deyib ki, nümunəvi dövlət qulluğunu qiymətləndirmək və təbliğ etmək məqsədilə təsis edilmiş Dövlət Qulluğu Günü BMT-nin Baş Assambleyasının 2003-cü ilin 7 martında verdiyi qətnamə ilə elan edilib. Bu gün ilk dəfə BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında 2003-cü ilin 23 iyununda bayram edilib. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR