Bank Of Baku

Nazirlər Kabineti dövlət qulluqçularının maaşlarının artırılması məsələsinə baxacaq

Nazirlər Kabineti dövlət qulluqçularının maaşlarının artırılması məsələsinə baxacaq
# 22 iyun 2007 11:59 (UTC +04:00)
Nazirlər Kabineti dövlət qulluqçularının maaşlarının artırılması məsələsinə baxacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, hökumət dövlət qulluqçularının maaşlarının yüksəlməsi məsələsinə bütün işləyən əhalinin əmək haqlarının yüksəlməsi məsələsinin tərkibi kimi baxmağı nəzərdə tutur. Yaxın bir neçə ildə Azərbaycanın bütün dövlət qulluqçularının layiqli maaş və layiqli həyat şəraiti ilə təmin olunacağını deyən Ə. Həsənov dövlət qulluğunda çalışan şəxslərin əmək haqlarının birdən-birə 2-3 dəfə artırılmasının düzgün olmadığını deyib. Onun sözlərinə görə, bu addım balansın pozulmasına gətirib çıxara bilər: “Bu gün Azərbaycanda məhkəmə sistemindən sonra ən yüksək maaş dövlət qulluqçularındadır. Nəzərə almaq lazımdır ki, qulluğa daxil olmayan, amma dövlət qulluqçusu qədər çalışan insanlar da var. Ona görə də əmək haqları arasında disbalans yaratmaq olmaz. Amma son 3 ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında maaşlar kifayət qədər qaldırılıb. Artımlar artıq faizlə deyil, dəfələrlə hesablanır”. Ə. Həsənov bildirib ki, dövlət qulluqçularının maaşlarının artırılması onların fəaliyyətinin şəffaflaşdırılması, rüşvət, korrupsiyaya hallarına qarşı mübarizənin gücləndirilməsi sistemi daxilində aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR