Bank Of Baku

Ukrayna politoloqu hesab edir ki, GUAM-ın nüvəsi Azərbaycan və Gürcüstandır

Ukrayna politoloqu hesab edir ki, GUAM-ın nüvəsi Azərbaycan və Gürcüstandır
# 22 iyun 2007 12:05 (UTC +04:00)
“Ukrainskiy barometr” sosioloji xidmətinin rəhbəri Viktor Nebojenko Rusiyanın 2008-ci ildə keçiriləcək prezidenti seçkilərindən sonra GUAM təşkilatına münasibətini dəyişə biləcəyini istisna etməyib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, “Russkiy çetverq” ekspert klubunda çıxış edən V. Nebojenko bildirib ki, GUAM yeni liderlərin yeni blokudur və ola bilsin ki, Vladimir Putinin yerinə gələn adam bu kluba qəbul edilsin: “Çünki MDB fəaliyyət göstərən təşkilat deyil, köhnə prezidentlərin klubudur”. GUAM-ı anti-Rusiya meylli qurum hesab etməyən politoloq hesab edir ki, Rusiya heç kəsdən inciməli deyil və MDB-ni ya özünün, ya da Ukraynanın əli ilə yox etməlidir. Onun fikrincə, Ukrayna GUAM-da yerini müəyyənləşdirməlidir: “Bu qurumun nüvəsi məhz Azərbaycan və Gürcüstan olacaq. Ukrayna burada xüsusi yerə malik olacağını düşünməməlidir. Biz istənilən halda ikinci dərəcəli rol oynamalı olacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR