Bank Of Baku

Əli Həsənov: “Millət vəkili ilə digər kateqoriyalı işləyən təbəqəni eyniləşdirmək ədalətsizlik olardı”

Əli Həsənov: “Millət vəkili ilə digər kateqoriyalı işləyən təbəqəni eyniləşdirmək ədalətsizlik olardı”
# 22 iyun 2007 12:05 (UTC +04:00)
“Millət vəkili ilə digər kateqoriyalı işləyən təbəqəni eyniləşdirmək ədalətsizlik olardı. Çünki millət vəkilləri xalqın seçilmiş nümayəndələridir. Onların sayı çəmi 124 nəfərdir. 124 nəfər də normal layiqli maaşla təmin olunmalıdır”. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının ictimai-siyasi şöbənin müdiri Əli Həsənov millət vəkillərinin əmək haqlarının artırılmasına münasibət bildirərkən deyib. O hesab edib ki, digər kateqoriyalı işçilərin əmək haqlarının artırılması islahatlar çərçivəsində həyata keçirilməlidir: “Azərbaycanda bu gün 2,5 milyon orta təhsil sistemində çalışan müəllim var. Onların maaşlarının millət vəkilinin maaşı qədər qaldırılması hansı pis nəticəyə gətirib çıxara bilər? Ona görə də bu məsələlər islahat formasında həyata keçirilir. Müəllimlərin maaşı onun dərs dediyi tarifə görə hesablanırsa, millət vəkillərinin maaşı təkcə onun millət vəkili kimi fəaliyyətinə görə deyil, həm də seçiciləri arasında işə görə, Azərbaycan dövlətinin bir hakimiyyət qanadının təmsilçisi kimi hesablanır. Millət vəkili layiqli maaş almalıdır. Bu gün çalışmalıyıq ki, bütün insanlar layiqli maaş alsınlar. Bu bərabərləşmə yüksək maaş alanların maaşlarını aşağı salmaqla deyil, aşağı maaş alanların maaşlarını qaldırmaq yolu ilə gedilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR