Bank Of Baku

Trayan Basesku: “Xəzər regionu Avropa enerji şəbəkəsində böyük rol oynaya bilər”

Trayan Basesku: “Xəzər regionu Avropa enerji şəbəkəsində böyük rol oynaya bilər”
# 22 iyun 2007 12:05 (UTC +04:00)
“Xəzər və Qara dəniz bölgələri Avropa bazarlarına doğru uzanan enerji şəbəkələrində qovşaq rolunu oynamalıdır”. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, bu sözləri Rumıniya prezidenti Trayan Basesku deyib. Prezident bildirib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə apardığı danışıqlarda Konstansa-Triyest və “Nabucco” layihələri haqda müzakirələr xüsusi yer tutub. O qeyd edib ki, Konstansa-Triyest kəməri barədə aparılan bu dəfəki müzakirələr zamanı ARDNŞ tərəfindən Gürcüstanda çox tezliklə yenidən qurulacaq və istifadəyə veriləcək terminalın əhəmiyyətinə xüsusi toxunulub: “Bu terminal vasitəsilə neftin Gürcüstandan Qara dənizə çıxarılması və buradan da dəniz üzərindən Konstansaya çatdırılması mümkün olacaq”.
Qeyd edək ki, Rumıniya, Serbiya, Xorvatiya ərazisindən keçərək İtaliyanın Triyest limanına qədər uzanacaq P8 (Konstansa-Triyest) neft kəməri layihəsi Xəzər neftinin Avropa bazarlarına nəqlini nəzərdə tutur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR