Bank Of Baku

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində 8 prezident iştirak edəcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində 8 prezident iştirak edəcək
# 22 iyun 2007 12:31 (UTC +04:00)
Türkiyə prezidenti Əhməd Necdət Sezər iyunun 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçiriləcək sammitində iştirak edəcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sammitin işində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ukrayna prezidenti Viktor Yuşşenko, Moldova prezidenti Vladimir Voronin, Serbiya prezidenti Boris Tadiç və Bolqarıstan prezidenti Georgi Pırvanov da iştirak edəcəklər. Ə. N. Sezər bütün qonaqlarla ikitərəfli görüşlər keçirəcək. O, həmin günün axşamı Dolmabağça sarayında prezidentlərin şərəfinə ziyafət verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR