Bank Of Baku

Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndiriləcək

Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndiriləcək
# 22 iyun 2007 13:23 (UTC +04:00)
Bu ilin sonuna kimi Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq. APA-nın məlumatına görə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib ki, qiymətləndirmə qaydalarının və formalarının hazırlanması prosesi sona çatmaq üzrədir. Qiymətləndirmə qaydaları rəy və təkliflərini açıqlamaq üçün müvafiq dövlət orqanlarına da təqdim ediləcək. Bütün dünyada dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirildiyini deyən B. Xəlilovun sözlərinə görə, bu yenilik konstruktiv proses olacaq: “Qiymətləndirmə ilk növbədə ona yönəlib ki , dövlət qulluqçusunun vəzifəsində yüksəliş olsun. İkincisi, dövlət qulluqçusunun işində hansısa çatışmazlıqlar varsa, o qaldırılsın, buna görə o, təlimlərə, treninqlərə cəlb edilsin. Bundan əlavə, dövlət qulluqçusunun inkişafının istiqamətlərinin müəyyənləşdirilməsini istəyirik”. B. Xəlilov bildirib ki, yeni qaydalar təsdiqləndikdən sonra dövlət qulluqçusunun işi hər ilin sonunda rəhbərlik tərəfindən qiymətləndiriləcək. Bunun üçün dövlət qulluqçusu qiymətləndirmə formasını dolduracaq, qiymətləndirməni aparan şəxs isə oraya öz rəy və qeydlərini əlavə edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR