Bank Of Baku

Xələf Xələfov: “Qəbələ radiolokasiya stansiyasından fəaliyyətindən hər hansı üçüncü ölkəyə qarşı istifadə olunması istisnadır”

Xələf Xələfov: “Qəbələ radiolokasiya stansiyasından fəaliyyətindən hər hansı üçüncü ölkəyə qarşı istifadə olunması istisnadır”
# 22 iyun 2007 15:32 (UTC +04:00)
“Qəbələ radiolokasiya stansiyasının Rusiya ilə ABŞ-ın birgə istifadə edilməsi çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu xüsusilə də qlobal sabitliyin, strateji balansın yaradılması baxımından çox mühüm əhəmiyyət kəsb edir”. APA-nın məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib. O, Azərbaycanın regionda gedən proseslərin mərkəzinə çevrildiyini deyib: “Qəbələ radiolokasiya stansiyası Azərbaycanın mülkiyyətində olan bir obyektdir. Azərbaycan ilə Rusiya arasında imzalanmış icarə sazişinə görə bu stansiyadan üçüncü tərəf istifadə etmək istəyərsə, bu, Azərbaycanla razılaşdırılmalıdır. Biz hesab edirik ki, bu stansiya böyük dövlətlər arasında strateji balansın yaradılmasına xidmət edə bilərsə, Azərbaycan bu prosesə öz töhfəsini vermiş olacaq. Əlbəttə ki, bu stansiyanın fəaliyyətindən hər hansı bir qonşu dövlətə qarşı istifadə olunması istisnadır. Biz hesab edirik ki, bu çərçivədə həyata keçirilə biləcək hər hansı bir əməkdaşlıq üçüncü dövlətlərin maraqlarına qarşı yönəlməyib, ancaq qlobal sabitliyə, sülhün möhkəmlənməsinə və strateji balansın qorunub saxlanmasına xidmət edəcəkdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR