Bank Of Baku

Bəhram Xəlilov: “Dövlət qulluqçularının fəaliyyəti ildə bir dəfə işlədikləri qurumun rəhbərləri tərəfindən qiymətləndiriləcək”

Bəhram Xəlilov: “Dövlət qulluqçularının fəaliyyəti ildə bir dəfə işlədikləri qurumun rəhbərləri tərəfindən qiymətləndiriləcək”
# 23 iyun 2007 11:16 (UTC +04:00)
“Dövlət qulluqçularının qiymətləndirməsi ilə bağlı heç bir yeni qurum yaradılmayacaq. Qiymətləndirmə üçün sistem yaradılacaq və dövlət qulluqçularının fəaliyyəti ildə bir dəfə işlədikləri qurumun rəhbərləri tərəfindən qiymətləndiriləcəklər”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov məlumat verib. Onun sözlərinə görə, qiymətləndirmə nəticəsində dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirməsi, əmək intizamı, onun qərar vermə və təhlil etmə, komandada işləmə bacarığı, eyni zamanda digər meyarlar üzrə qiymətləndirmə aparılacaq. B. Xəlilov bildirib ki, qiymətləndirmə sisteminin aparılmasında məqsəd dövlət qulluğunda yüksəliş üçün kadrlar əldə etmək və dövlət qulluqçularının zəif tərəfini aşkarlayıb onun üzərində işləməklə inkişaf etdirməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR