Bank Of Baku

Bu gün Avropa Şurası Parlament Assambleyasının sessiyası başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının sessiyası başlayır
# 25 iyun 2007 10:33 (UTC +04:00)
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayır. APA-nın Avropa bürosunun məlumatına görə, sessiyada müzakirə olunacaq əsas mövzuları mədəniyyətlər və dinlərarası dialoq, həmçinin isveçrəli Dik Martinin sonuncu məruzəsi əsasında Avropadakı gizli təcridxanalarla bağlı məsələlər olacaq. Toplantıda Avstriyanın federal kansleri Alfred Güsenbauer, Avropa Parlamentinin prezidenti Hans-Gert Pöterrinq, İtaliyanın ədliyyə naziri Klemente Mastella, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsinin (YBCM) baş prokuroru Karla del Ponte və AŞ Nazirlər Komitəsi adından Serbiyanın xarici işlər naziri Vuk Ceremiçin çıxışları nəzərdə tutulub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jak Diuf, qurumun qaçqınlar üzrə komissarı Antonio Qutyerres, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyer, “Vicdanın səsi” Fondunun rəhbəri Rabbi Artur Şniyer də dəvət edilmiş məruzəçilər arasındadırlar. İyunun 26-da assambleya Avropa Şurası baş katibinin müavinini seçəcək. Gündəlikdə olan digər məsələlər isə aşağıdakılardır: Avropada antisemitizm; Avropa-Aralıq Dənizi zonasında kənd təsərrüfatı və regional siyasət; Monakonun öhdəlikləri; reklamlardakı qadın görüntüləri. İyunun 27-də AŞPA prezidenti Rene van der Linden gizli həbsxanalar və məhbusların qanunsuz köçürülməsinə dair təhqiqatın aparılmasında göstərdiyi köməklik üçün “Human Rights Watch” təşkilatını mükafatlandıracaq. Sessiyanın gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, estoniyalı deputat Andres Herkel APA-ya bildirib ki, Monitorinq Komitəsinin iclasında Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı məsələ qaldıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR