Bank Of Baku

Kvemo-Kartli qubernatoru Zurab Melikişvili: “Azərbaycana səfərim zamanı David Qareci məsələsi gündəmə gəlməyib”

Kvemo-Kartli qubernatoru Zurab Melikişvili: “Azərbaycana səfərim zamanı David Qareci məsələsi gündəmə gəlməyib”
# 25 iyun 2007 10:34 (UTC +04:00)
Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikişvili Rustavi şəhəri yaxınlığında 70 hektar ərazinin azərbaycanlı sərmayəçilərə satılacağı və həmin ərazinin David Qareci monastır kompleksi ilə mübadilə ediləcəyi haqqında yayılmış şayiələri təkzib edib. APA-nın Gürcüstan bürosuna açıqlama verən Z. Melikişvili bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bu məsələ gündəmə gəlməyib: “Danışıqlar zamanı David Qareci məsələsindən ümumiyyətlə, söhbət getməyib. Yayılmış şayiələr yalnız təxribat xarakteri daşıyır”.
Qeyd edək ki, Rustavidəki torpaq sahəsinin bu ayın sonunda hərraca çıxarılacağı gözlənilir. Z. Melikişvili deyib ki, onun dəvəti ilə hərraca azərbaycanlı iş adamları da qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR