Bank Of Baku

QDİƏT daimi baş katibi: “15 illik fəaliyyəti ərzində QDİƏT beynəlxalq münasibətlər sisteminin önəmli faktoruna çevrilib”

QDİƏT daimi baş katibi: “15 illik fəaliyyəti ərzində QDİƏT beynəlxalq münasibətlər sisteminin önəmli faktoruna çevrilib”
# 25 iyun 2007 11:18 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının daimi baş katibi Leonidas Xrisantropulos qurumun 15 illik fəaliyyəti ərzində beynəlxalq münasibətlər sistemində önəmli faktora çevrilməyə başladığını deyib. APA-nın Türkiyə bürosunun məlumatına görə, QDİƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edən baş katib bildirib ki, toplantıda razılaşdırılan yekun bəyannamə dövlət başçılarının zirvə görüşünün sonunda qəbul ediləcək. Bəyannamədə QDİƏT-in strateji layihələr həyata keçirdiyi, Buxarest bəyannaməsində öz əksini tapan prinsiplərin gerçəkləşməsi istiqamətində fəaliyyətin davam etdiyi, QDİƏT ilə Avropa Birliyi arasında əlaqələrin genişləndiyi qeyd olunur: “Bu üç amilin gerçəkləşməsi iqtisadi inkişaf və vətəndaşlarımızın rifahı deməkdir. Bəyannamədən göründüyü kimi ölkələrimiz bunun üçün siyasi iradə ortaya qoyurlar”. İslahatların həyata keçirilməsi istisna olmaqla bütün qərar və tövsiyələrin Nazirlər Şurası tərəfindən verildiyini bildirən baş katib xarici işlər nazirlərindən müvafiq qurumlara lazımi tövsiyələr verməyi xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR