Bank Of Baku

Ukraynalı politoloq hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi zonasında GUAM sülhməramlılarından istifadə oluna bilər

Ukraynalı politoloq hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi zonasında GUAM sülhməramlılarından istifadə oluna bilər
# 25 iyun 2007 11:51 (UTC +04:00)
Ukraynada fəaliyyət göstərən Avroatlantik Əməkdaşlıq İnstitutunun eksperti Vladimir Qorbaç bildirib ki, Gürcüstan və Azərbaycan Ukraynanın sülhməramlı xidmətlərinə ehtiyac duyurlar və rəsmi Kiyevin GUAM-ın Nizamnaməsini ratifikasiya etməsini gözləyirlər. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, politoloq deyib ki, yaxın gələcəkdə Rusiya və GUAM sülhməramlı qüvvələri arasında ciddi rəqabət yarana bilər. Bununla bərabər, onun fikrincə, Rusiyanı həmin münaqişə bölgələrindən çıxarmaq xeyli çətin olacaq: “Rusiya GUAM qüvvələrinin Qafqazda sülhməramlı fəaliyyəti üçün lazım olan BMT mandatının verilməsinə mane ola bilər”. Buna baxmayaraq, ekspert hesab edir ki, GUAM sülhməramlılarının yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı mümkündür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR