Bank Of Baku

Parlamentdə boş qalmış yerlərə keçiriləcək seçkinin vaxtını prezident müəyyənləşdirəcək

Parlamentdə boş qalmış yerlərə keçiriləcək seçkinin vaxtını prezident müəyyənləşdirəcək
# 25 iyun 2007 13:06 (UTC +04:00)
Parlamentdə boş qalmış yerlərə keçiriləcək seçkinin vaxtının müəyyənləşdirilməsi Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətində deyil. Bunu APA-ya açıqlamasında MSK katibi Natiq Məmmədov deyib. O bildirib ki, Seçki Məcəlləsinin 145.1. maddəsinə, Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq deputat seçkiləri prezident tərəfindən təyin olunur. MSK-nın yalnız bələdiyyə seçkilərinin vaxtını təyin etmək səlahiyyətində olduğunu söyləyən N. Məmmədov parlamentdə boş qalan yerlərə seçkilərin vaxtının prezident tərəfindən müəyyənləşdiriləcəyini bildirib. MSK katibi parlamentdəki boş yerlərə seçkinin prezident seçkiləri ilə eyni vaxtda keçirilməsinin mümkün olmadığını da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR