Bank Of Baku

Vətəndaş və İnkişaf Partiyasının Ədliyyə Nazirliyinə qarşı iddiası icraata götürülüb

Vətəndaş və İnkişaf Partiyasının Ədliyyə Nazirliyinə qarşı iddiası icraata götürülüb
# 27 iyun 2007 10:07 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Ədliyyə Nazirliyi ilə bağlı Yasamal rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi icraata götürülüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciət hakim Fəxrəddin Ağamirzəyevin icraatına verilib. İddia ərizəsinə iyulun birinci ongünlüyündə baxılması nəzərdə tutulub. VİP Ədliyyə Nazirliyinin bir il müddətində partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərinə cavab vermədiyini və bunun qanuna zidd olduğunu bildirib. İddiada partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı qərar qəbul olunması xahiş edilib. Məhkəmədə partiyanın hüquqlarını vəkil Tofiq Quliyev müdafiə edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR