Bank Of Baku

Avropa Şurası “dondurulmuş münaqişələr”lə bağlı böyük konfrans keçirməyi planlaşdırır

Avropa Şurası “dondurulmuş münaqişələr”lə bağlı böyük konfrans keçirməyi planlaşdırır
# 27 iyun 2007 11:45 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu ilin noyabrında Berlində “dondurulmuş münaqişələr”lə bağlı böyük konfrans keçirmək fikrindədir. Bu barədə APA-nın Avropa bürosuna Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. O bildirib ki, konfransa Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və digər ölkələrdən rəsmi şəxslər, millət vəkilləri və ekspertlər dəvət ediləcək: “Biz konfransın gündəmindəki məsələlər və dəvət ediləcək şəxslərin siyahısı ilə tanış olmuşuq. Tədbir təşkilatçılıq baxımından çox balanslaşdırılmış formada qurulub. Biz bu konfransı dəstəkləyirik. Hesab edirəm ki, Avropa Şurasının bu tədbiri böyük hadisə olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR