Bank Of Baku

Sərdar Cəlaloğlu: “AXCP-nin ADP-nin qərargahından çıxması emosional qərardır”

Sərdar Cəlaloğlu: “AXCP-nin ADP-nin qərargahından çıxması emosional qərardır”
# 27 iyun 2007 13:26 (UTC +04:00)
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının ADP-nin qərargahından çıxması bir qədər emosional qərardır. İndiki halda onların qərargahları, normal iş şəraitləri yox idisə, qəzetdə baş vermiş provakasiyaya görə binanı tərk etməyə dəyməzdi”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. AXCP-nin ADP-də yerləşdiyi müddətdə onların qonaq olduqlarını hiss etdirməmək üçün maksimum çalışdıqlarını deyən partiya sədri nəticənin bu cür alınmasına təəssüf etdiyini vurğulayıb: “Təəssüf ki, belə təxribat oldu, AXCP üzvlərinin hissləri ilə oynadılar. Onlar da öz maraqlarına zidd bir addım atmağa məcbur oldular. Biz çalışdıq ki, bu problemi həll edək. Qurban Məmmədov baş vermiş provakasiya ilə bağlı cəbhəçilərdən üzr istədi, izah etdi ki, bu yazı provakasiyadır. Çünki məlum şəkil qəzetin səhifəsinə redaksiyada yox, nəşriyyatda yerləşdirilmişdi. Həqiqətən bu axmaq bir hərəkət idi və redaktorun bundan xəbəri yox idi. Təəssüf ki, AXCP bu izah və üzrlə razılaşmadı, redaktorun işdən qovulmasını tələb etdilər. Qurban Məmmədov müvvəqəti olaraq redaktoru da işdən ayırdı. Amma sonradan qəzetin işələri ilə bağlı bu tələbi yerinə yetirə bilmədi. Biz siyasi müttəfiq kimi çalışmışıq ki, təzyiq olunan siyasi qüvvənin yanında olaq. Artıq ikinci dəfədir ki, AXCP-yə qərargahımızda yer veririk. Allah bizə üçüncü dəfə onlara yer verməyə məcbur etməsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR