Bank Of Baku

Bakıda V Qara Dəniz Gənclər Konqresi keçiriləcək

Bakıda V Qara Dəniz Gənclər Konqresi keçiriləcək
# 27 iyun 2007 13:58 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və İqtisadiyyat və Menecment Tələbələrin Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda V Qara Dəniz Gənclər Konqresi keçiriləcək. Bu barədə APA-ya İqtisadiyyat və Menecment Tələbələrin Beynəlxalq Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi Bəxtiyar Hacıyev məlumat verib. Konqresdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 12 və təşkilatın müşahidəçi 13 ölkəsinin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Konqresin açılışı iyunun 30-da olacaq. Tədbirdə korporativ sosial məsuliyyət, liderlik, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində gənclərin əməkdaşlığı, gəncliyə dair yeni layihələrin müzakirəsi keçiriləcək. Konqres iyulun 3-nə kimi davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR