Bank Of Baku

“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib

“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib
# 27 iyun 2007 15:19 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Blokun həmtəsisçilərindən olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda blokun növbəti iki ayda görəcəyi işlərə dair müzakirələr aparılıb. Yay aylarında yalnız təşkilatlanma işlərinin həyata keçirilməsinə üstünlük verən blok liderləri ölkənin siyasi həyatı ilə bağlı hər hansı böyük tədbir planlaşdırmayıb. Ə. Əliyev AXCP və ALP-nin növbəti qurultaylarına hazırlıq məsələsinə diqqət yetirildiyini də bildirib. İclasda həmçinin GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitləri haqqında fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR