Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva AŞ PA-da “Avropada anti-semitizmlə mübarizə” mövzusunda keçirilən müzakirələrdə çıxış edib

Millət vəkili Qənirə Paşayeva AŞ PA-da “Avropada anti-semitizmlə mübarizə” mövzusunda keçirilən müzakirələrdə çıxış edib
# 27 iyun 2007 16:48 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında “Avropada anti-semitizmlə mübarizə” mövzusunda Mixail Margelovun Siyasi Komitə adından hazırladığı məruzə ətrafında müzakirələr aparılıb. APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva mövzu ilə bağlı çıxış edib. Avropada anti-semitizmin artmasına toxunan Q. Paşayeva Avropa Şurasına (AŞ) üzv ölkələri bu məsələdə diqqətli olmağa və problemlə kökündən məşğul olmağa çağırıb: “Müxtəlif dinlərə və millətlərə məxsus insanların birgə yaşadığı Avropada bu cür tendensiyaların artmasının hansı mənfi fəsadlara gətirib çıxara biləcəyini görmək və anlamaq o qədər də çətin deyil”. Q. Paşayeva məruzədə AŞ-yə üzv ölkələrin hamısında anti-semitizmin olması ilə əksini tapan fikirlə razılaşmadığını bildirib: “Çox təəssüf edirəm ki, məruzəçi müxtəlif ölkələrdə yəhudilərin vəziyyəti, anti-semitizmin artması barədə yazsa da, Azərbaycandakı vəziyyətlə bağlı məruzəsində heç bir qeyd etməyib. Halbuki bu, bir çox ölkələr üçün müsbət örnək olardı”. Millət vəkili Azərbaycanda heç vaxt anti-semitizmin olmadığını vurğulayaraq bunu yəhudilərin özlərinin də qeyd etdiyini söyləyib. Onun sözlərinə görə, erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanları arasında Azərbaycan vətəndaşları olan yəhudilərin sayı kifayət qədərdir. Q. Paşayeva Azərbaycanda sinaqoqların sayının surətlə artmağa başladığını da açıqlayıb: “Azərbaycan Təhsil Nazirliyi yəhudilərin kompakt yaşadığı bölgələrdəki məktəblərdə yəhudi dilinin ikinci dil kimi tədrisinə icazə verib. Azərbaycan Dillər Universitetində ivrit dili tədris olunur. Yəhudilərin Azərbaycanda onlarla mərkəzləri, məktəbləri, teatrları, qəzetləri fəaliyyət göstərir”. Millət vəkili anti-semitizmin yayılmasında KİV-in böyük rolu olduğunu qeyd edib. Q. Paşayeva hər bir Avropa ölkəsində dini icmaların, siyasətçilərin, elm adamlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bu mövzu ətrafında müzakirələr aparılmasını təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR