Bank Of Baku

Səməd Seyidov: “Ölkəmizdə azərbaycanlılarla yəhudilər arasında bütün dünyaya nümunə olacaq birgə yaşam tərzi var”

Səməd Seyidov: “Ölkəmizdə azərbaycanlılarla yəhudilər arasında bütün dünyaya nümunə olacaq birgə yaşam tərzi var”
# 27 iyun 2007 16:58 (UTC +04:00)
Bu gün AŞ PA sessiyasında Siyasi İşlər üzrə Komitə adından rusiyalı deputat Mixail Margelov və İnsan Haqları və Hüquqi İşlər üzrə Komitə adından lixtenşteynli deputat, xanım Renata Vohlvendin hazırladıqları “Avropada antisemitizmlə mübarizə” adlı hesabatın müzakirəsi keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycan nümayəndə həyətinin rəhbəri Səməd Seyidov da mövzu ilə bağlı çıxış edib. Mövzunun vacibliyini qeyd edən S. Seyidov antisemitizmin, ilk növbədə, cəmiyyətin nə dərəcədə sağlam olub-olmamasının indikatoru rolu oynadığını bildirib: “Bizim fikrimizcə, birgə sülh və əminamanlıq içində necə yaşamaq mümkün olduğuna dair biz bütün dünyaya nümunə göstərməli və elə bir cəmiyyət qurmağa çalışmalıyıq ki, bunu bütün dünya qəbul etsin. Bu mənada Azərbaycan buna yaxşı nümunə ola bilər. Mən fəxr edirəm ki, biz Azərbaycanda sadəcə sülh içində yaşamırıq, o cümlədən əhalisinin 90 faizi müsəlman olan ölkəmizdə azərbaycanlılarla yəhudilər arasında bütün dünyaya nümunə olacaq birgə yaşam tərzi var”.
S. Seyidov bu siyasətin davamı olaraq Azərbaycanda sinaqoqların, yəhudi məktəblərinin tikildiyini, həmçinin digər ölkələrdən fərqli olaraq burada yəhudi və azərbaycanlı uşaqların eyni məktəblərdə oxuya bilmələrindən bəhs edib: “Ümumiyyətlə, biz Azərbaycanda bütün milli azlıqların hüquqlarına hörmətlə yanaşırıq və bu, yürütdüyümüz ümumi siyasətin nəticəsidir”.
S. Seyidov yəhudilərin hökumətdə və parlamentdə də təmsil olunduqlarını vurğulayaraq, bu tolerantlığın Azərbaycanda necə mümkün olmasına dair fikirlərini bölüşüb: “Necə olur ki, bu bizdə mümkün olur, digər dövlətlərdə isə yox? Çünki bizdə güllə və raketlər yox, dəyərlər var. Məhz bu dəyərlər bizlərə, bizim ölkəyə, Avropa Şurasına bu problemləri həll etməyə imkan yaradır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR