Bank Of Baku

Səfir Yaşar Əliyev ABŞ Helsinki Komissiyasında keçirilən dinləmələrdə məruzə ilə çıxış edib

Səfir Yaşar Əliyev ABŞ Helsinki Komissiyasında keçirilən dinləmələrdə məruzə ilə çıxış edib
# 28 iyun 2007 08:06 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, konqresmen Alsi Hastinqsin sədrliyi ilə keçirilən dinləmələrdə Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev məruzə ilə çıxış edib. Yaşar Əliyev iştirakçılara enerji və terrorla mübarizə sahələrində Azərbaycan-ABŞ əməkdaşlığı, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələri, Azərbaycanın enerji istehsalçısı və tranzit ölkə kimi rolu, Qazaxıstan və Türkmənistanın mövcud boru kəmərlərinə qoşulmasının əhəmiyyəti, enerji nəqlinin diversifikasiyasının Avropanın enerji təhlükəsizliyində rolu, Dövlət Neft Fondunun fəaliyyəti, bu yaxınlarda keçirilmiş GUAM dövlət başçılarının zirvə görüşü, Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişafı üçün 907-ci düzəlişin ləğvinin zəruriliyi barədə məlumat verib. Komissiyanın sədri A. Hastinqs enerji gəlirlərindən əldə olunan vəsaitdən xalqın rifahı üçün istifadə olunması ilə bağlı suala cavabında səfir Yaşar Əliyev enerji gəlirlərindən səmərəli istifadə üçün 1999-cu ilə Dövlət Neft Fondunun yaradıldığını bildirib və fondun fəaliyyəti barədə məlumat verib. Dinləmələrdə həmçinin ABŞ-ın dövlət katibi və beynəlxalq enerji məsələləri üzrə əlaqələndiricinin müşaviri Qreq Manuel, dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Stiven Mən, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Brayza, energetika nazirinin beynəlxalq enerji siyasəti məsələləri üzrə köməkçisinin müavini Al Helqburq, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Keit Smit, Kembric Universitetinin tədqiqatçısı Per Noel və Belarusun ABŞ-dakı səfiri iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR