Bank Of Baku

Vyanada “Hökumətə inamın artırılması” mövzusunda 7-ci ümumdünya forumu keçirilir

Vyanada “Hökumətə inamın artırılması” mövzusunda 7-ci ümumdünya forumu keçirilir
# 28 iyun 2007 08:16 (UTC +04:00)
İyunun 26-da Vyanada “Hökumətə inamın artırılması” mövzusunda idarəçiliyin yeniləşdirilməsi üzrə 7-ci ümumdünya forumu başlayıb. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan APA-ya verilən məlumata görə, forum BMT və Avstriya hökuməti tərəfindən təşkil olunub. Toplantıda idarəetməyə, dövlət idarəçiliyinə müsbət irəliləyişlər gətirən, vətəndaşların inamını qazanan strategiya və innovasiyalar müzakirə olunur. Forumun işində dövlət və hökumət başçıları, nazirlər, parlament nümayəndələri, ekspertlər, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətini təmsil edən qurumların nümayəndələri iştirak edirlər. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov iyunun 27-də tədbir çərçivəsində təşkil olunan dövlət qulluğu məsələləri üzrə məsul nazirlərin dəyirmi masasında iştirak edib. 100-ə yaxın nazirin qatıldığı görüşdə çıxış edən B. Xəlilov dövlət qulluğu sahəsində Azərbaycanda aparılan islahatlar və görülən işlər barədə məlumat verib. Forum sabah yekunlaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR