Bank Of Baku

Elmar Məmmədyarov “Avroatlantika Tərəfdaşlıq Şurasının təhlükəsizlik forumu”nda iştirak edir

Elmar Məmmədyarov “Avroatlantika Tərəfdaşlıq Şurasının təhlükəsizlik forumu”nda iştirak edir
# 28 iyun 2007 10:58 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Makedoniyanın Oxrid şəhərində bu gün işə başlayan “Avroatlantika Tərəfdaşlıq Şurasının təhlükəsizlik forumu”nda iştirak edir. Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, E. Məmmədyarov forumun sabahkı iclasında enerji təhlükəsizliyi mövzusunda keçirilən görüşdə çıxış edəcək. Nazirlə yanaşı, həmin mövzuda ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza, Çexiyanın xarici işlər naziri və Qırğızıstan Xarici İşlər Nazirliyinin baş katibi çıxış edəcəklər. Enerji təhlükəsizliyi mövzusunda keçirilən görüşə NATO-nun siyasi planlaşdırma idarəsinin rəisi Cemi Şeyyer sədrlik edəcək.
Oxriddə E. Məmmədyarovun ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. Xəzər İbrahimin sözlərinə görə, forum hər il keçirilir və əvvəllər keçirilən xarici işlər nazirlərinin görüşünün əvəzinə keçirilən bu tədbirdə NATO və tərəfdaş dövlətlərin xarici işlər nazirləri iştirak edir. Bu dəfə keçirilən forumda 3 əsas məsələ müzakirə olunur: “Əfqanıstan: münaqişəyə qalib gələrək”, “Kosovo və Balkanların gələcəyi”, “Enerji təhlükəsizliyi: strateji münasibətlər və asılı təchizat”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR