Bank Of Baku

Rafael Hüseynov Avropa Şurasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Rafael Hüseynov Avropa Şurasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb
# 28 iyun 2007 11:13 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, məruzəçi, yunan parlamentar Nikolaus Dendias Bosniya-Herseqovina və Xorvatiyadakı müharibədən 12 il, Kosovo münaqişəsindən isə 8 il keçməsinə baxmayaraq, Balkanlarda bu günə qədər hələ də 1,5 milyon qaçqın və məcburi köçkünün olduğunu bildirib. Məruzəçinin təkliflərinə əsasən assambleya tam təhlükəsiz şəraitdə qaçqınların könüllü qayıdışı və onların daxili inteqrasiyasına imkan yaratmaq məqsədilə regiondakı hökumətləri maddi vəsait ayırmağa və lazımi hüquqi mühit yaratmağa çağırıb. Bu mövzu ilə bağlı BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyerres dəvət edilmiş qonaq qismində nitq söyləyib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə müzakirələrdə söz alaraq bəyan edib ki, Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkədir: “Gündən-günə dərinləşən bu problem artıq cərrahi müdaxilə, konkret tədbirlər görülməsini tələb edir. Ermənistan burada, Avropa Şurasında, gözünüzün qarşısındadır. Ondan xahiş etməklə, ona təklif etməklə Ermənistan nə işğaldan əl çəkəcək, nə apardığı dövlət terrorizminə son qoyacaq, nə də qaçqınların öz doğma yerlərinə qayıtmasına imkan yaradacaq. Sanksiyalar, cəzalar lazımdır. Avropa Şurasının prinsiplərinə zidd mövqe tutan, nizamnaməni, sistemi nümayişkaranə şəkildə pozan, beynəlxalq qaydalara tam etinasızlıq göstərən Ermənistanı yalnız siyasi və iqtisadi cəhətdən təcrid vəziyyətinə salmaqla düz yola gəlməyə vadar etmək olar. Bu, digər oxşar problemlərin həllinin də açarıdır. Bu yolla bir bölgədə qaçqın problemi həll edilər və görülən tədbirlər digər regionlarda bənzər situasiyanı yaradan ölkələrə də dərs olar”.
Nümayəndə heyətinin üzvü Qənirə Paşayeva isə çıxış edərək bildirib ki, cəmi 70 il əvvəl azərbaycanlılar Ermənistan əhalisinin 30 faizindən çoxunu təşkil edirdi və ən böyük milli azlıq idi: “O vaxt Ermənistan rəhbərliyi səviyyəsində, Stalin başda olmaqla bəzi SSRİ rəhbərlərinin də dəstəyi ilə həyata keçirilən diskriminasiya siyasəti faciəyə səbəb oldu. 1948-ci ildə yarım milyon, 1988-ci ildə isə 200 min azərbaycanlı Ermənistandan qovuldu və bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır”.
Azərbaycan nümayəndə heyətinin digər üzvü Gültəkin Hacıyeva isə bildirib ki, qaçqın və məcburi köçkünlər üçün ediləcək ən böyük yaxşılıq onların təhlükəsizlik şəraitində, könüllü öz yurd-yuvalarına qayıtmalarına şərait yaratmaqdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR