Bank Of Baku

“Müsavat” deputat qrupunun üzvləri Gürcüstan səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

“Müsavat” deputat qrupunun üzvləri Gürcüstan səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib
# 28 iyun 2007 11:14 (UTC +04:00)
Bu gün “Müsavat” deputat qrupunun üzvləri Gürcüstan səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, qrupun üzvləri səfərin əsas məqsədinin bu ölkənin ərazisində yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmaq olduğunu deyiblər. Onlar səfər zamanı ümumilikdə 8 görüş keçirdiklərini və bu görüşlər zamanı bir sıra problemlərin şahidi olduqlarını qeyd ediblər. Əsas problem kimi dil, təhsil, torpaq islahatı, toponomiya, işsizliklə bağlı olduğu diqqətə çatdırılıb. Deputat qrupunun üzvü Arzu Səmədbəyli bu səfərin qeyri-rəsmi olduğunu, payızda təşkil olunacaq geniştərkibli səfərin isə rəsmi xarakter daşıyacağını bildirib. Onun sözlərinə görə, deputatlar Gürcüstanda demokratiyanın olduğunu müşahidə ediblər: “Bizim görüşlərimizə heç bir müdaxilə olmadı. Kəndlərə 24 saat ərzində elektrik enerjisi verilir. Bəzi problemlər də var. Azərbaycan rayonlarının və kəndlərinin adlarını dəyişdirilməsi ciddi narazılıq yaradır”. A. Səmədbəyli bildirib ki, Azərbaycan dilini bilməyən gürcülərin məktəblərə direktor təyin olunması ciddi problemlər yaradır. O, səfərdə müşahidə olunan problemləri Gürcüstan və Azərbaycan hökumətləri qarşısında qaldıracaqlarını bildirib. Deputat İkram İsrafilov isə Sadaxlı kəndində bir il ərzində 157 şagirdin Azərbaycan məktəbini tərk etdiyini deyib. Onun sözlərinə görə, Borçalıdakı problemlərin həlli ayrı-ayrılıqda tədbirlərin görülməsi ilə həll olunması çətindir: “Problemin həllinə Borçalıların öz vətənlərində qalması ilə nail olmaq mümkündür”.
Deputat qrupunun koordinatoru Pənah Hüseyn isə səfərdən sonra onların əleyhinə yayılmış bəyanatları pisləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR